Həqiqətdən qala qurdun,
Yalanın başını vurdun.
Sözünün üstündə durdun,
Iman yiyəsi ol,kişi.
Bu cavanlar dəli-dolu,
Dinşəməzlər sağı-solu.
Sən həmişə haqqı qoru,
Qılınc tiyəsi ol, kişi.
Sevirsən gülü-çiçəyi,
Oxşayarsan tər ləçəyi
Sualların ən göyçəyi,
Neyçün? Niyəsi ol, kişi.
Kayıt Tarihi : 9.10.2018 14:59:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!