Çaldırdığım havaya,
Kimlər oynayacaqdır.
Yayılacaq dünyaya.
Yatan oyanacaqdır.
Ümid sonda ölürmü?
Belə deyib atalar.
Kədər qəmi bölürmü?
Pislər dərdə batalar.
Oyandığım yuxuda,
Bir sən vardın, bir də mən.
Burdur məni qorxudan,
Qızardı yaşıl çəmən.
Nə deyirsən, əzizim.
Röya tərs yozularmı.
Sarı qumda əl izin,
Dalğadan pozularmı.
Mənim nə çəkdiyimi,
Yuxarıdan görürsən.
Hiss edib təkliyimi,
Gül çələngi hörürsən.
Kayıt Tarihi : 6.4.2025 16:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!