Gecə-gündüz Allahına yalvarıb,
Dünyada tək pənahına yalvarıb.
Əl açıban dərgahına yalvarıb,
Torpağına üz tutduğun o pirəm.
Tale məni sənin üçün göndərib,
Gur işıqlı ay simaya döndərib.
Al çəməndən səninçün tək-tək dərib,
Çiçəkləri başın üstdən səpirəm.
Sönməyəcək odun-ocaq, küllərim.
Nəğmə kimi oxunacaq illərim.
Bir də nə vaxt toxunacaq əllərim,
Gülüm, sənin gözlərindən öpürəm.
Kayıt Tarihi : 22.5.2020 07:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!