Götürme sen Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Götürme sen

Ilğımı çay sanan gülüm,
Yad oduna yanan gülüm.
Sevgisini danan gülüm,
Vicdanını itirmə sən.

Şərik ol qəm çağlarıma,
Bax viranə bağlarıma.
Özün ilə dağlarıma,
Çiskinli çən gətirmə sən.

Səndin çiçək üzənim də,
Tellərimə düzənim də.
Mənim güllü düzənimdə,
Tikan,qanqal bitirmə sən.

Bilmirəm sənlə nə edim,
“Görüşməyək bir də”-dedim.
Əllərimi burax,gedim.
Lazım deyil,ötürmə sən.

Sevinc,qalxaq qala-qəsrə
Bir boylanaq ötən əsrə.
Qismətinə düşsə həsrət,
Çalış onu götürmə sən.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.06.2018 10:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!