Görüşerik biz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2940

ŞİİR


17

TAKİPÇİ

Görüşerik biz

Qüssə kədər ilə yaman yollaşır,
Fikir , xəyal ilə gələn yol daşır.
Dünyaca sevdiyim yarı, yoldaşı,
Uca İlahidən soruşarıq biz.

Sevinci itirib lal qəhər tapıb,
Gecəni bitirib al səhər tapıb,
Səmanın qoynunda sal şəhər tapıb,
Arazla Kür kimi qovuşarıq biz.

Yenə sevdamıza qara gün düşüb,
Ayrılıq vüsalla yaman öpüşüb.
Hicranın yanından gizli ötüşüb,
Sanırdım həsrətdən sovuşarıq biz.

Dünyanın işinə bələdik, deyim,
Dostları ələkdən ələdik deyim.
Hələlik söyləyim, hələlik deyim.
Nə vaxtsa, hardasa görüşərik biz..

Sevinc Arzulu
Kayıt Tarihi : 25.1.2021 07:14:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!