Eşq namesi Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Eşq namesi

Bütün sevənləri əl-ələ gördüm,
Xəyalən yol aşıb Misi-Yəməni.
Sapsarı çiçəkdən çələng də hördüm,
Tək-tənha dolaşıb çölü-çəməni.

Bir dəfə düşüncə zalımı oyat,
Yazdığın fikirlər olmasın boyat,
Üzməyi bilmirdim, öyrətdi həyat,
Sən atdın taleyin qoynuna məni.

Bu lirik qatara özüm minəcəm,
Şeirlə danışıb, sözlə dinəcəm.
Bilirsən, sonuncu nöqtəsinəcən,
Əzizim, oxudum bu eşqnaməni.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.05.2020 10:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!