Düşmen olmaya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2759

ŞİİR


14

TAKİPÇİ

Düşmen olmaya

Silahı şiş uclu qala,
Zirvəsi bir bürclü qala.
Yüz nəfərə borclu qalam,
Bir sən tək düşmən olmaya.

Aramızda tər-təzəsən,
Nə ola fikri bəzəsən.
Susuz səhrada gəzəsən,
Buz kimi çeşmən olmaya.

Ayrılıqdan yorulasan,
Kədərindən sovrulasan.
Əsəbindən qovrulasan,
Çəkməyə eşmən olmaya.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.6.2020 07:03:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Ömer Duru
    Ömer Duru

    Çok güzel

    Sevinc Arzulu

    Beyendiyinize sevindim.Var olun Ömer Duru.

TÜM YORUMLAR (1)