Dünden Kalan Şiiri - Ferid Rufullayev

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Ferid Rufullayev
29

ŞİİR


0

TAKİPÇİ

Dünden Kalan

Dünəndən Qalan(Azerbaycan Türkcesiyle)

Həkk etdin adını qəlbimə bir gün.
Sonra çıxıb getdin özgə ellərə.
Məni məndən alan o incə tənin
İndi qucaq açmış başqa əllərə.

Bir sadə gülüşü çox gördün bizə.
Bəxş etdin könlümə minlərlə kədər.
Ömrün baharında,ən xoş günündə
Büsbütün tərk etdin oldum dərbədər.

Dərdimə dərd qatdın hər baxışınla.
Dinib-danışmağa macal tapmadım.
Getdi cavanlığım güz yağışıyla
"Əlvida" deməyə zaman tapmadım.

Ferid Rufullayev
Kayıt Tarihi : 8.11.2026 08:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!