Könül qüssə içrə azır,
Duyğusunu ancaq yazır.
Ey insanlar, olun hazır
Çalınacaq qəm şərqisi.
Qızılgüllər pərişandır,
Al lalənin bağrı qandır.
O da sən tək nigarandır,
Dəli könül, sev nərgizi.
Ayrılığın odu vardır,
Doğması yox, yadı vardır.
Min illərdən yadigardır,
Gəz Vətənin daş sərgisin.
Kayıt Tarihi : 27.6.2018 15:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!