Çay kenarı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2531

ŞİİR


10

TAKİPÇİ

Çay kenarı

Çay kənarı, yaşıl çəmən, bir də biz,
Yarpaqların rəngi əlvan şam olar.
Salacaqmı görən görüş ömrə iz?
Əksi düşər çaya, ehtişam olar.

Bu görüşün həsrətin çox çəkmişəm,
Alanmışam, aldatmışam nə qədər.
Ağac üstdə ürəyə ox çəkmişəm,
Yenə bildiyini yazıbdır qədər.

Yavaş-yavaş axşam düşür, gün batır,
Bir ümidin işığı da sozalır.
Səda batır, səmir batır, ün batır,
Yerinisə qəm-qüssəli söz alır.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.11.2019 07:36:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!