Boyandım yar Şiiri - Sevinc Arzulu

Şiir Yarışması
Sevinc Arzulu
3066

ŞİİR


21

TAKİPÇİ

Boyandım yar

Bülbüllərin cəh-cəhinə,
Gözəllərin bəh-bəhinə,
Dəcəllərin qəh-qəhinə,
Oyandım yar, oyandım yar.

Xəbər yox ki gəlişindən,
Sevdalınla görüşündən.
Mən ki bircə gülüşündən,
Doyandım yar, doyandım yar.

Neynim vəslin keşkəsini,
Ayrılığın peşkəşini.
Mən ki hicrin maskasını,
Soyandım yar, soyandım yar.

Insanların hamisinə.
Azan gələn camesinə.
Xəzərimin mavisinə
Boyandım yar, boyandım yar.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.8.2021 06:53:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu