Daim əzizlədik doğma elləri,
Üzərək dəf etdik coşqun selləri.
Ay dostum, bəyazdır şəvə tellərin,
Yay günü səhraya yağan ağ qarıq,
Biz məzunlarıq.
Yayılsın aləmə dostluq nəğməsi,
Hər kəsin nəğmədə var özəl səsi.
Hamının öz evi, öz ailəsi,
Bu gözəl dünyada nə yaxşı varıq.
Biz məzunlarıq.
Kədərdən, qüssədən uzaq qaçarıq,
Nəvə sevgisiyılə işıq saçarıq.
Daha ucalarda qanad açarıq,
Azadlıq göyündə tərlanıq, sarıq.
Biz məzunlarıq.
Kürdəmirdə boyüyüb boy atmışıq,
Övladlarla, nəvələrlə artmışıq.
Arzuya,murada yetib çatmışıq,
Keçmişə köklənən kamanıq, tarıq.
Biz məzunlarıq.
Kayıt Tarihi : 22.12.2025 15:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!