Bahar olmadı ki Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2386

ŞİİR


10

TAKİPÇİ

Bahar olmadı ki

Göz önünə o qız gəldi,
Tənha gəldi, yalqız gəldi.
Qışdan sonra payız gəldi.
Bu il bahar olmadı ki...

Ürəyimə göy su düşdü,
Içində üzən qu düşdü.
Hey atdım, elə dü düşdü,
Pəncü-çahar olmadı ki...

Yaxşı günlər tez ötüşdü,
Həsrət kədərlə görüşdü.
Göydən üçcə alma düşdü,
Dadlı nahar olmadı ki...
05.08.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 12.9.2019 14:13:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!