Aldanma bu yolda, sən bir kimsəyə,
Ruhu kirlə dolmuş, boş əlbisəyə.
Hər kəsi qoymazlar, eyni kisəyə,
Hər kəsdə də abır, həya, ar olmaz.
Keşməkeş yoluma, yoldaş istəməm,
Bu dərdli könlümə, sirdaş istəməm.
Ayağıma dəyən, bir daş istəməm,
Yaradandan başqa, mənə yar olmaz.
Ömrümün karvanı, axar çay kimi,
Gözlərimin nuru, göydə ay kimi.
Sözlər yaxar dili, isti çay kimi,
Ey insan! Kimsəyə məzar dar olmaz.
Bu yolda mən özüm, özümə bəsim,
İstəməm, olmasın başqa bir kəsim.
Şükr olsun ki, gedib-gəlir nəfəsim,
Bilirəm, çoxunda, etibar olmaz.
Fatima Ahmet.✍
..09.09.2025..
Kayıt Tarihi : 9.9.2025 19:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!