Aldanma Şiiri - Fatima Ahmet

Fatima Ahmet
33

ŞİİR


4

TAKİPÇİ

Aldanma


Aldanma bu yolda, sən bir kimsəyə,
Ruhu kirlə dolmuş, boş əlbisəyə.
Hər kəsi qoymazlar, eyni kisəyə,
Hər kəsdə də abır, namus , ar olmaz.

Kəşməkeş yoluma, yoldaş istəməm,
Bu dərdli könlümə, sirdaş istəməm.
Ayağıma dəyən, bir daş istəməm,
Yaradandan başqa, mənə yar olmaz.

Ömrümün karvanı, axar çay kimi,
Gözlərimin nuru, göydə ay kimi.
Sözlər yaxar dili, isti çay kimi,
Ey insan! Herkəsə məzar dar olmaz.

Bu yolda mən özüm, özümə bəsim,
İstəməm, olmasın başqa bir kəsim.
Şükr olsun ki, gedib-gəlir nəfəsim,
Bilirəm, çoxunda, etibar olmaz.

..Fatima Ahmet..

Fatima Ahmet
Kayıt Tarihi : 9.09.2025 19:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!