Qəm bağını sökəmmirəm,
Kədərə diz çökəmmirəm.
Əzabını çəkəmmirəm,
Sən ağlımı alma mənim.
Qəlb evimdə əzizlənib,
Pasdan, kirdən təmizlənib.
İçində çox sirr gizlənib,
Gəl bağlımı alma mənim.
Gül qoxuyur güney-quzey,
Ətraf gözəl, canlı muzey.
Yeddi rəngli qövzi-quzeh,
Bu nağlımı alma mənim.
Kayıt Tarihi : 24.11.2026 09:45:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!