Ağ gəmi oluram,zalım dalğalar,
Sürüyür özgə bir limana kimi.
Bəlkə də tərk etməz məni qovğalar,
Əbədi gözümü yumana kimi.
Ayrı-seçkiliyə yol çəkmirəm ki,
Vüsalı həsrətdən aşağı sanmam.
Fələyin əmrinə qol çəknmirəm ki,
Bir daha ayrılıq oduna yanmam.
Donan ürəyini isitmək üçün,
Göylərə yüksələn ocaq olmuşam.
Bu qədər əzabla pəs etmək üçün,
Həsrətin özünə qucaq olmuşam.
Keçib bu qaranlıq dolaylardan mən,
Astaca enirəm güllü çəmənə.
Bezib də sonuncu olaylardan mən,
Dönmək istəyirəm tər yasəmənə.
Ki güllər içində padişah olum,
Dərib qoparmasın məni bir kimsə.
Ümidi olana xoş sabah olum,
Azadlıq duyğusu qəlbə təhkimsə...
Kayıt Tarihi : 5.4.2025 06:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!