Ana içeriğe atla

50 il sonra Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3873

ŞİİR


29

TAKİPÇİ

50 il sonra

50 ildən sonra yenə görüşdük biz,
Bu görüşün şadlığına gülüşdük biz.
Bilsən necə sevindim mən,
Başım üstdən çəkildi çən.
İlk andaca tanışmadıq,
Köhnə dost tək danışmadıq.
Tanımadım əvvəl səni,
Sən necə tanıdın məni.
Dəyişdirib illər səni,
Mən görmüşdüm gülər səni.
İndi bir az qaşqabaqlı,
Hanı daim xoşbəxt çağlı
Mən gördüyüm gülər insan.
Deyən həyat keçməyibdir
Sənin üçün çox da asan.
Bu illərin ağırlığı,
Qonub sənin çiyninə də.
Həqiqətin fağırlığı,
Köynək biçib əyninə də...
Mənmi sənsiz köhnəlmişəm,
Sən mənsiz təzə qalmısan.
Həsrətdən çox göynəmişəm,
Sənsə xəyala dalmısan.
Əvvəl-əvvəl verdin salam,
Dəyişmisən yaman, lalam.
-Bağışlayın, Sevincmisiz?
-Bəli, mənəm.Siz kimsizniz?
Sən adını söyləyəndə fikrim çaşdı,
Kömlümdəki lal duyğular coşub daşdı.
-Hə...Tanıdım, necəsiniz, nə var nə yox.
Yarım əsr zamanında dəyişdiniz siz yaman çox.
-Məni necə tanıdınız?
-Gözlərindən.
qəlb yandıran közlərindən...
Bir də iki damla kimi bənzəyirsən sən anana.
Allah rəhmət etsin ona, həm atana.
Yan-yanaşı cüt məzarda sakit, rahat yatana...
Sizinkilər sağmıdırlar?
Yox, onlar da ömürlərin bağışlayıbdır bizlərə,
Ruhları da dönüb yəqin lalələrə, nərgizlərə...

Sevinc Arzulu
Kayıt Tarihi : 24.11.2026 09:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!