Zerif olmuşam Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Zerif olmuşam

Şərqə doğru köçürəm mən,
Xəzər üstdən keçirəm mən.
Tükü tükdən seçirəm mən,
Yaşlanıb arif olmuşam.

Ürək gərək qəmə dözə,
Inanmaram şirin sözə.
Görünmərəm hər an gözə,
Suyun altda rif olmuşam.

Daşdanmışam,saldanmışam,
Sərt küləkdən daldanmışam.
Yalan sözə aldanmışam,
Bir zaman hərif olmuşam.

Uyumuram möhnətindən,
Üşüyürəm xiffətindən.
Ay əzizim,həsrətindən,
İncəlib zərif olmuşam.

Artmamnışam,azalmışam,
Sanıram ki sozalmışam.
Demə ki çox qızarmışam,
Yamanca tə`rif olmuşam.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.06.2018 10:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!