Hər vaxt düşürsən yadıma,
Qonaq gəl yaşıl adama.
Qəlb evimdən qəm odama,
Musiqili zəng çəkmişəm.
İllər alıb dincliyimi,
Azaltmışam kəcliyimi.
Gizlətmişəm gəncliyimi,
Üstə bəyaz rəng çəkmişəm.
Döz əzabın min tabına,
Dərdin acı xitabına.
Könlümün not kitabına,
Yeddicə ahəng çəkmişəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 24.11.2026 09:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!