Geyinmişik,süslənmişik dənizdən,
Astarlanıb üzlənmişik dənizdən.
Ikimiz də gizlənmişik dənizdə,
Günah məni,mən günahı yuyuram.
Zirvədəncə süzülürsən çənim tək,
Tellərimə düzülürsən dənim tək.
Bilirəm ki üzülürsən mənim tək,
Kal səsində hər gün ahı duyuram,
Daş zindana dönüb indi taxta taxt,
Üstündəcə donub qalıb laxta baxt.
Pahatlığın pozmaram ki başqa vaxt,
Dar günümdə ol pənahı buyuram.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 06:03:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!