Yusife tebrik Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2972

ŞİİR


19

TAKİPÇİ

Yusife tebrik

Mübarəkdir ad günün,
Qəm-kədərə yad günün.
Biz gəlib təbrik edək,
Daim olsun şad günün.

Tamamdır yeddi yaşın,
Hazırdır bayram aşın.
Gün o gün olsun görək,
Zirvəyə çatıb başın.

Ağıllı balam, böyü,
Alınmaz qalam, böyü.
Yusifcanım, sən istə,
Verərik yeri-göyü.

Uçub getsin dumanın,
Kama yetsin gümanın.
Oğul bala, fəxrisən
Atanın, həm ananın.

Nənənin göyçəyisən,
Bibinin çiçəyisən.
Babanın gözlərinin,
Nurusan, bəbəyisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:33:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!