Könlümə qəlb oğrum düşüb,
Həqiqətim,doğrum düşüb.
Xatirələr yorğun düşüb,
Gör necə yatışıblar.
Qulağımda qalan səsdir,
Nur zərrəsi mənə bəsdir,
Hansı daha müqəddəsdir,
Deyişib atışıblar.
Yatmayıbmış qara çuxam,
Qədirbilməz ilə yoxam.
Əllərində mənim yaxam,
Uğrumda dartışıblar.
01.05.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 2.5.2018 08:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!