Dağıla xatireler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Dağıla xatireler

Dizlərimin üstünə,
İzlərimin üstünə,
Sözlərimin üstünə
Dağıla xatirələr.

Ilkindiniz, öndünüz
Alışmadan söndünüz.
Eh, sonunda döndünüz
Nağıla, xatirələr.

Ayrıldı gərəyimdə,
Ağrı var kürəyimdə.
Yenidən ürəyimdə,
Doğula xatirələr.

Qarası kəm telimdə,
Sirdaşı dəm elimdə.
Qorxuram qəm selində
Boğula xatirələr.

Körpə quzu mələrmi,
Bulud dolu ələrmi.
Görən bir də gələrmi.
Ağıla xatirələr.

Gələr mələk donunda,
Qəm duyular tonunda.
Dönəcəkdir sonunda
Noğula xatirələr.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:11:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!