Yetermi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Yetermi

Bircə an bəs edər yovuşmaq üçün,
Sirrini-sözünü qonuşmaq üçün.
Sakit okeana qovuşmaq üçün,
Dənizdən dənizə axmaq yetərmi.

Dünyada ədalət deyilən şey var,
Yaxşı ki vəslinə yetişmədi xar.
Görünsə gözünə alagözlü yar,
Kənardan kənara baxmaq yetərmi.

Səadət uzağa gedən qatarsa,
Məhəbbət qaçıb da ona çatarsa.
Günün ortasında günəş batarsa,
Göydə şimşək kimi çaxmaq yetərmi.

Yaman darıxıram yağacaq qarçun,
Hərdənbir səslənən kamançun, tarçun.
Dünyasın dəyişən bietibarçun,
Köksünə qərənfil taxmaq yetərmi.

Həsrətin gəlmişdi mənlə qalmağa,
Vüsalı əbədi əldən almağa.
Ayrılıq zalımdan qisas almağa,
Yer-göyü yandırıb yaxmaq yetərmi.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.09.2026 05:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!