Yene de Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Yene de

Yenə də yeyir bax içim-içimi,
Kədərli həyatın, düzü, sarsıdır.
Necə canlandırım ölmüş heçimi,
Həsrətin alovu üzü qarsıdır.

Taleyin qəm yüklü ömür dərsini,
Bilirsən, necə də əzbərləmişəm.
Zəmanə göstərir üzün tərsini,.
Bir acı sözüylə xəstələnmişəm.

Yenə də kükrəyir mavi dalğalar,
Əbədi qoynuna alacaq məni.
Bitməz ki davalar, haqsız qovğalar,
Fələk öz oynuna salacaq məni.

Sahili olmayan dəniz kimiyəm,
Bilmirəm harada , kimə qovuşum.
Ağası olmayan kəniz kimiyəm,
Nəyə arxalanım, kimə yovuşum.

Bilinməz xəyalın bircə zərrəsi,
Tufanı dağı da qoparıb gedər.
Açılsa üzümə qəm pəncərəsi,
Küləyi dərdimi aparıb gedər.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2025 05:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!