Yaz yağışı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3294

ŞİİR


23

TAKİPÇİ

Yaz yağışı


Üzümü söykəyib yaz yağışına,
Dərdimi danışıb ağlayıram mən.
Elə möhtacam ki bir alqışına,
Sulara qoşulub çağlayıram mən.

Bilmədi qədrimi mənim o cavan,
Çəkdiyim ahlara layiqmi? Bilməm.
Ona bal yedirtdim, özümsə yavan
Harda düyün düşdü analıq ilməm?

Ona yad diyardan qız seçəndəmi?
Ya özgə qızını gəlin edəndə?
Günah düz yolunu tərs keçəndəmi,
Ya haqsız sözləri dəli edəndə.

Içimi yandıran bu göynəmələr,
Səni yandırmasın ömrün uzunu.
Qəlbimə vurduğun acı döymələr,
Əritməz həsrətin şaxta-buzunu.

Kim çəkdi araya bu Çin səddini,
Mənim tək iztirab çəksin bir zaman.
Adlaya bilmirəm qanun həddini.
Allahın cəzası olacaq yaman.

Üzünə gülürəm soruşanların,
Ağrıya-acıya dolub yemişəm.
Ana-bala kimi qovuşanları,
Haladır onlara qəlbən demişəm.
11.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu