Nə adətdir yollarımı bağlamaq,
Dəli Kür tək gah coşub gah çağlamaq.
Əlimdən heç gəlməyirdi ağlamaq,
Qəhərimi boğazımda udandım.
Nə əvvəldi, nə də sondu,əzizm,
Heykəlimi qəmdən yondun,əzizim.
Bu istidə elə dondum, əzizim,
Şipşirin bal duyğulardan budandım.
Bizə oyun oynadımı bu həyat,
Gerçəkləri sanmış idik zarafat.
Alnımamı yazılmışdı xurafat,
Nədən bunca cahil idim,nadandım.
Uşaqlıqdan sadə idim, fağırdım,
Çiskin kim aram-aram yağırdım.
Mən həmişə ağırdan da ağırdım,
Təkcə sənin görüşünə dadandım.
Demirəm ki dərdi-qəmi atıram,
Xoş günlərin ümidiylə yatıram.
Okeanda yavaş-yavaş batıram,
Mən ki sənin tənha, yaşıl adandım.
Kayıt Tarihi : 6.4.2025 08:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!