Yananım üçün Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Yananım üçün

Məni dəli edən hisslərimdir, bil,
Dünyanı qaraldan hislərimdir, bil.
Can sənin, cəhənnəm pislərindir bil,
Canını qoru sən cananın üçün.

Işıqlı dünyada qar qız olmağım,
Qapqara zülmətdə ulduz olmağım,
Mənim sənsiz tənha, yalqız olmağım,
Ağrıdan acıdır qananın üçün.

Bilirəm, ayrılıq qəfildən gəlir,
Zərbələr duyğusu səfildən gəlir.
Hamı qara geyib, dəfndən gəlir,
Bu gün var əhdini dananım üçün.

Daşının üstünə daş da qoyaram,
Yaşımın üstünə yaş da qoyaram.
Uğrunda yoluna baş da qoyaram,
Məni xatırlayıb ananım üçün.

Tikəm yox əğyara yedirəm, Allah
Bu yolun sonuna gedirəm, Allah.
Mən necə dualar edirəm, Allah
Oduma əbədi yananım üçün.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.5.2020 07:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu