Bəsdir daha, ucalıqdan düş, yeri
Ortaq payda qalıb böyük diş yeri.
Tapaq talan olunmalı iş yeri,
Sən müdir ol, mənsə sənə müavin.
Mən stəkan, sənsə dolu qrafin.
Unutmayaq biz əvvəlki mənsəbi,
Saqqız təkin uzatmayaq mətləbi.
Tez bitirim o açdığın məktəbi,
Sən müəllim, mənsə sənə müdavim,
Sənə qurban mənim eşiyim-evim.
Danlasalar sən sakit ol, sükut et,
Demirəm ki bircə sözdən süqut et.
Qığqır-bağır, doğruluğun sübut et,
Çox ciddi ol, mənsə həlim, mülayim,
Sən alov ol, mənsə səni sulayım.
Sevinc Arzulu
Kayıt Tarihi : 24.11.2026 09:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!