Dəli Kür tək axınlaşma,
Elə rəxnə salan adam.
Daha mənə yaxınlaşma,
Fikirlərim talan, adam.
Nə bilirsən törə nədir,
Nə bilirsən kürə nədir.
Nə bilirsən kirə nədir,
Ev ovcunda olan adam.
Kiminsə sevdiyin qapıb,
Özünə xoşbəxtlik tapıb.
Gəncliyində çalıb-çapıb,
Altmış yaşa dolan adam.
Ətrafıyla düşman olub,
Yeyib-içib şişman olub.
Etdiyinə peşman olub,
Saçlarını yolan adam.
Doğru sözə bürünməyir,
Özgə izə sürünməyir.
Daha gözə görünməyir,
Döngə adam, dalan adam.
Ömrünə qan-qada düşmür,
Alışdırır, oda düşmür.
Fikirləşir, yada düşmür,
Xatirəsi yalan adam.
Əskik edəndə yalını,
Gəl də gör qeylü-qalını.
Oğurlayıb xalq malını,
Göz qırpımı çalan adam.
Kayıt Tarihi : 26.11.2026 05:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!