Yağışın meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Yağışın meni


Bilirsən sənsizlik necə ağırdır.
Ananın darıxan ruhu çağırdı,
Gedəndə işıqlı yağış yağırdı,
Islatdı bir anda yağışın məni.

Cismin qara qoçu seçib getsə də,
Əcəl badəsini içib getsə də,
Üstündən neçə il ötüb keçsə də,
Indi də yandırır baxışın məni.

Qəlb evim uçuldu, verdi çat,doydu.
Köz tutan yaramı neçə qat soydu.
Elə karıxdırdı, elə mat qoydu,
Ulduz tək qəfildən axışın məni.
21.05.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 09:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu