Xezel içinde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2442

ŞİİR


10

TAKİPÇİ

Xezel içinde

Bir günlük hicrana dözmədin, nə qəm,
Həsrətin səbəbin çözmədin, nə qəm.
Sən məni görmədin, sezmədin nə qəm,
Bir belə sarışın gözəl içində.

Sənin vüsalının qarşısına mən,
Gül ilə, çiçəklə çıxaram həmən.
Işığa bürünüb yaşıl çöl-çəmən,
Görən nə tapacam xəzəl içində.

Sən otur ağacın kölgə yerində,
Istisi çox olan bölgə yerində.
Şeirin saflığı özcə yerində,
Min məna ara, gəz qəzəl içində.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.10.2019 13:59:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!