XƏBƏRİN VARMI
Afşar ellərinin, ay gözəl qızı
Sevdan ile doldum, xəbərin var mı,
Qəlbdə dolaşır eşq, deyilən sızı
Dərman səndə, buldum xəbərin varmı.
Hər günüm Hər anım, səninlə keçer,
Sevda bağlarında, qalmışam naçar.
Həsrətin bağrıma, yaralar açar,
Sararıb da soldum, xəbərin varmı.
Eşkimin uğruna, yola düşmüşem,
Sevdamın üzünden, yanıb pişmişəm.
Qəlbimin səsinə, qulaq asmışam.
Qaçıb sənə gəldim, xəbərin varmı.
Sanki əcəl gəldi, tökərəm təri,
Gəlbim olub mənim, ızdırap yəri.
İnan ki nazlı yar, İllərdən bəri.
Tək başına qaldım, xəbərin varmı.
Gözlərim yollarda, qaldı gəlmədin,
Yoxluğun canımı, aldı gəlmədin.
Gədənlərin çoxu, gəldi gəlmədin.
Həsrətindən öldüm, xəbərin varmı.
Səni qollarıma, alaram deyə,
Qelbinin içində, qalaram deyə.
Səni evinizdə, bularam deyə,
Qapını yar çaldım, xəbərin varmı.
Mən Şair Aydın'a, sən olasan yar,
Qəlib də qəlbimə, sən dolasan yar.
Ürəyimdə hər dəm, sən qalasan yar,
Sənə aşıq oldum, xəbərin varmı.
Şair Aydın Tazegül
Şair Aydin TazegulKayıt Tarihi : 20.11.2026 14:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!