Vurmaz ki ürek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Vurmaz ki ürek


Ürəyimin ümidgahı
Bil ki səndin əzəldən.
Neynəyir ki torpaq ahı,
Don geyinər xəzəldən.

Üzü dönsün ayrılığın
Necə ki yar dönübdür.
Pəncərəmdən düşən işıq,
Səhər ertə sönübdür.

Indi həmin yolun sonu
Ay əzizim, gəlibdir.
Qoru vəsli, həsrət onun
Ürəyini dəlibdir.

Sarı-sarı sarmaşıqlar,
Eyvanıma dolaşır.
Bütün qatma-qarışıqıqlar,
Dərə keçir, yol aşır.

Bu ağrını, bu acını
Yaşaya bilməzsən tək.
Qoru xoşbəxtlik tacını.
Onsuz vurmaz ki ürək.
15.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 19.4.2019 11:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu