Demə hər yoldan ötən aşiqə sən sevgili yar,
Dönübən diqqət ilə bax üzünə: sevgimi var.
Gecələr sübhə qədər fikr edirsən, yatammırsan.
Belə aşiqmi olar, çoxdan edib sevgini xar.
Sandın ömrün baharı keçəcəkdir fəsli-nigar.
Bir dəfə çağırmadı səni:şirin səsli nigar.
Səd heyf nə arzuna, nə kamına çatammırsan,
Yox imiş qismətində gülüm sənin vəsli-nigar.
Bir zaman dildə idi şux yerişin, qədd-qamətin,
Yamanca qocalmısan,yeriyirsən indi çətin.
Ilğım təkin görünən vüsalına çatammırsan,
Eybi yox, dərd eyləmə yaşa ömrü məğrur, mətin.
Kayıt Tarihi : 23.12.2021 07:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!