Zalım ayrılığa yox daha sözüm,
Bezmişəm vədəsiz sorğusundan mən.
Bilirsən,əzizim, ay canım-gözüm,
Qorxuranm itirmək qorxusundan mən.
Yolun dirənməsin döngə-dalana,
Yoxsa məruz qallıq böyük talana.
O qədər uymuşam hiylə-yalana,
Baş aça bilmirəm doğrusundan mən.
İnsan özü ilə çox vaxt öyünür,
Dilin dediyinə dodaq söyünür.
Gecə də, gündüz də qəlbim döyünür,
Necə uzaq durum oğrusundan mən.
Kayıt Tarihi : 24.11.2026 09:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!