Uzun yol Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Uzun yol

Baxma qara güzgülərə,
Üzündəki cizgilərə.
Nə oldu ki özgələrə,
Olan mənə oldu, qardaş.

Deyən yenə kəm xanası,
Köçüb getdi həmxanası.
Nalə çəkir qəmxanası,
Ala gözlər doldu, qardaş.

Insan ruhuyla tanına,
Sevgi işlər al qanına.
Düşdü ömrün boranına,
Gül açmamış soldu, qardaş.

Sərt qayalar çapılmazkən,
Üstündə yurd yapılmazkən,
Şirin meyvə tapılmazkən,
Tumturş alça boldu, qardaş.

Dərdi başdan atammıram,
Fərəhimə qatammıram
Hey gedirəm,çatammıram,
Bu yol uzun yoldu, qardaş.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.01.2023 18:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!