Dostluqda azmadım ki,
Yaxşını pozmadımki.
Mən şeir yazmadım ki,
Ürəyimi köçürdüm.
Qəflətən sel çağlayıb,
Itginə el ağlayıb.
Ümidə bel bağlayıb,
Xəyalımı uçurtdum.
Ötən günləri anıb,
Vüsala canım yanıb.
Həsrətə acıqlanıb,
Ayrılığı qaçırtdım.
27.02.2019
Kayıt Tarihi : 9.3.2019 10:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!