Ürekmi ola Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2489

ŞİİR


10

TAKİPÇİ

Ürekmi ola

Əlvan rəng qat abıma,
Bax həsrətə tabıma.
Bu qədər əzabıma,
Dözən ürəkmi olar?

Nağılın qoğalında,
Ərköyün, cığalında.
Saçımın sığalında
Gəzən küləkmi olar?.

Qara atlı çapardı,
Yeli tufan qopardı.
Gəldi, yığdı, apardı
Bunca kələkmi olar?

Yaman hirslənib,coşdu,
Kəm-kəsiri də boşdu.
Önümdə əsir, xoşdu.
Belə küləkmi olar.

Qırıldı xəyal sapım,
Dağıldı söhbət-gapım.
Yaman döyülür qapı,
Zalım fələkmi olar.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:10:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!