Kədərin qəlbimdə bir saray salıb,
Sənli xatirəni uyutmaq üçün.
Quşlar gör necə də hay-haray salıb,
Qüssəli könlümü ovutmaq üçün.
Ürəyim çırpınar, səs də eyləyər,
Fələk yazdıqların nəs də eyləyər.
Çətin ki,min günəş bəs də eyləyər,
Gözümün yaşını qurutmaq üçün.
Geri dön, qoyma ki qəm icrə azım,
Qayıtsan dəyişər bu alın yazım.
Neçə kamil sevgi yaşamaq lazım,
Tək sənin eşqini unutmaq üçün.
Kayıt Tarihi : 29.6.2018 10:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!