Ucuz ölümmmüş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Ucuz ölümmmüş

Sən demə bu eşqin axırı yoxmuş,
Şirin düyğusundan ağrısı çoxmuş.
Sənsizlik həsrəti zəhərli oxmuş,
Qəlbimdən necə də qara qan axdı,
Həsrətdən göylərdə ildırım çaxdı.

Nə edək,yetmədik şirin vüsala,
Yolumuz tez düşdü susuz qumsala.
Çətin fərəh yolun bizlərdən sala,
Daha görüşmərik bu dünyada biz,
Qəm-kədər bir dəniz,kiçik ada biz.

Xəyal atın röyalarda çapardım,
Vüsalını təkcə orda tapardım.
Gedişinlə ürəyimi apardın,
Mənə qalan təkcə qanlı gölümmüş,
Bu sevginin sonu ücüz ölümmüş.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 10:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu