Uc pillesinden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3727

ŞİİR


28

TAKİPÇİ

Uc pillesinden

Sağa boylanmıram, sol da görünmür,
Nə çinar, nə vələs, kol da görünmür.
Getdiyin o uzaq yol da görünmür,
Mənim taleyimin uc pilləsindən.

Yeri də, göyü də söz alıbdı, ah,
Günəş də üşüyüb sozalıbdı, ah.
Yanağın necə də qızarıbdı, ah
Amansız həsrətin ac şilləsindən.

Ayrılıq özanə yurd-yuva qurub,
Içinə, çölünə qara rəng vurub.
Əzrail ovçu tək pusquda durub,
Bacara bilirsən qaç gülləsindən.

Hicranın könlünü həsrət alası,
Sevginin qəlbinə həsrət salası.
Səni əsir edib həsrət qalası,
Sevda çətiriylə uç qülləsindən.

Gahdan qocalar tək qaşını çatır,
Ortaya minillik yaşını atır.
Uşaqtək hamının başını qatır,
Uzaq dur günahın suç billəsindən.
05.09.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 07:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu