Özgürlüyü su kimi, çörək tək yeyib keçir,
Kimdənsə asılılığı bilir çox eyib, keçir.
“Mən özüm müstəqiləm”-elə hey deyib keçir,
Azadlığın beyninə qul olan duyğularım.
Səbr diləmək gərək saçını yolanlara,
Şərbət tək yad badəyə axıban dolanlara.
Yaraşıq verəməzsən yaramaz olanlara,
Ayrılığın əyninə çul olan duyğularım.
O həsrətdir,hicranın başına boz kül saçır,
Məhəbbətin gücündən sevən bülbül dil açır.
Mənimlə bir sevinir, mənimlə bir gül açır,
Fərəhimin eyninə tül olan olan duyğularım.
11.11.2018
Kayıt Tarihi : 16.11.2018 16:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!