TOĞRUL
ŞAİR
Şəhidimiz ,könüllülərin komandiri
Toğrul Nağıyevin əziz xatirəsinə
Səkinə ananın birdənəsydin,
Vətənin dəlisi,divanəsiydin.
Nədən qurban getdin namərd qəlpəyə.
Sən ki rəqslərin pərvanəsiydin.
Ananın müqəddəs ocaq, piriydin,
Neçə min əsgərin yalnız biriydin,
Qaytara bilmədi kimsə geriyə,
Sən könüllülərin komandiriydin.
Yenə şair könlüm kədərlə dindi,
Şəhidim bir deyil, yüz deyil, mindi.
Səmaya baxıram. Bəlkə görərəm
Ruhun göy üzündə rəqs edir indi.
ANA
Təkcə sən idin dayağım,
Yolgöstərən nur mayağım.
Yerə dəyməz ki ayağın,
Səmada süz, rəqqas balam.
Heyran idim kamalına,
Gülümsəyən camalına.
Sadiq oldun amalına,
Məramın düz, rəqqas balam.
Nəzir qoyaq axçasından.
Quran açıq taxçasında,
Yerin cənnət baxçasında,,
Çiçəyi üz, rəqqas balam.
BACI
Şəkini gəzib də dolandın, qardaş
Cəbhəyə könüllü yollandın, qardaş,
Dedin şəhid olsam Vətən sağ olsun,
Fizuli-Ağdərə yol aldın qardaş,
Tabutu əlləri üstə aldılar,
Sonuncu mənzilə yola saldılar.
Sanki rəqs edirdin yenə də,Toğrul
Necə də ürəkdən əl də çaldılar.
Canından çox sevdin doğma Şəkini,
Hər yerə vurublar sənin şəklini.
Bahardır, yaşyaşıl geyib çöl-çəmən,
Al rəngə bürünüb çiçək əklilin.
SEVDİYİ QIZ
Düşmən bildiyin etsə də,
Əcəl kamına yetsə də.
Neçə-neçə il ötsə də,
Səni unutmaqmı olar?
Bacarammıram özümlə,
Dönərsənmi de, sözümlə,.
Yaşamaram bu dözümlə,
Qəlbi ovutmaqmı olar.
Eh, qoşa il gəldi yaman,
Qarı düşmən verməz aman.
Oyanacaq zaman-zaman,
Dərdi uyutmaqmı olar.
28.03.2021
VƏTƏN
Könlün dediyin etdilər,
Arzuya-kama yetdilər.
Uğrumda qurban getdilər,
Neçə-neçə igid, Allah.
Hərb olmaz ki yaraq ilə,
Seyr et yurdu maraq ilə.
Necə də təmtəraq ilə,
Dəfn olunar şəhid, Allah.
Ay erməni vazgen usta,
Az şivən sal, bir an sus da..
Haya dostdur fars da, rus da,
Daş qəlbləri üşüt, Allah.
Erməniyə nəhlət eylə,
Gündüzünü zülmət eylə.
Şəhidlərə rəhmət eylə,
Bu duamı eşit, Allah.
Kayıt Tarihi : 28.3.2021 17:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!