Dost istədim,düşmən verdin,
Dünya, sənə sözüm yox.
Cüt bulaqlı çeşmə verdin,
Dərya, sənə sözüm yox.
Aldın neçə əzizimi,
Sildin neçə əl izimi.
Qurutma şer dənizimi,
Riya, sənə sözüm yox.
Gəzdim eli qarış-qarış,
Son vermədi bu axtarış.
Yuxularım qatma-qarış,
Röya, sənə sözüm yox.
Kayıt Tarihi : 24.11.2026 09:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!