Sökülmez ilmesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Sökülmez ilmesi

Göz yaşları billur-billur,
Parıltısı qamaşdırır.
Yenə ucadadır qürur,
Vəsli mənə yaraşdırır.

Sona qədər addımlarıq,
Vüsal ilə birgə, gülüm.
Biz xara yad adamlarıq,
Öndə neçə cərgə, gülüm.

Eh, bəzən də intizarın,
Halına da acıyırıq.
Yerə düşər dərd-əzabım,
Səpələnər qırıq-qırıq.

O qırığın hər zərrəsi,
Gün altında işıq saçar.
Gözəl olmaz mənzərəsi,
Həsrət baş götürüb qaçar.

Nə hicranın,nə həsrətin,
Üzü bəri üzükməsin.
Yaşa dolub məhəbbətim,
Daha sökülməz ilməsi.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2020 16:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu