Saçımda bəmbəyaz telə dönmüsən,
Qəlbimni üşüdən yelə dönmüsən.
Kükrəyib daşaraq selə dönmüsən,
Ağlar ürəyimin göz yaşı sənsən.
Sıfıra enibdir yeriş sürətin,
Qarşıma çıxmağa varmı cürətin?
Billəm, yandırmağa yoxdur qüdrətin,
Sönən ocağımın köz daşı sənsən.
Ətrafımda bütün dünya fırlanar,
Damcılar damarsa yeri qırlanar.
Oxuya bilənin gözü nurlanar,
Ömür kitabımın söz qaşı sənsən.
Kayıt Tarihi : 29.6.2025 07:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!