Sevdanın ası Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2507

ŞİİR


10

TAKİPÇİ

Sevdanın ası

Tərk eləmə gəl postu,
Eşqə həsr et hər tostu.
Sən həsrətin qəlb dostu,
Mən sevdanın asıyam.

Söz olan yerdə varam,
Şerə-sənətə yaram.
Yalanla yoxdur aram,
Həqiqətin xasıyam.

Hicranın bir tanəsi,
Ağrıtmaz ki tənəsi.
Vüsalın təntənəsi,
Ayrılığın yasıyam.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.11.2019 07:25:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!