Qızılgülü soldurub,
Ləçəklərin yoldurub.
Al badəyə doldurub,
Başına çək sevdanı.
Bu şeri oxu, kimin
Qısqanma çoxu kimi.
Qiymətli toxum kimi
Qəlbinə ək sevdanı.
Dəcəl uşağa dönüb,
Qara işığa dönüb.
Namərd aşiğə dönüb,
Eyləmə tərk sevdanı.
Kayıt Tarihi : 27.11.2019 07:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!